Sectorlight olaraq biz məzmunlu, maraq oyadan və heyranedici işlərə yüksək qiymət veririk. Bu bizim etdiyimiz hər işin əsasında dayanır - brendinqdən tutmuş dizayn layihələrinə, sərgilərə və interyer dizaynına, onlayn marketinq və rəqəmsal təsvirlərə kimi.

Bu, özəl uçuş şirkətini potensial investorlara tanıtmaq, 2012-ci il Olimpiya oyunlarının marketinqi ilə məşğul olmaq, Yaxın Şərqdə yeni ticarət kompleksi üçün brendinq həyata keçirmək və ya Avropanın ən nüfuzlu yenidənqurma layihələrinin marketinqi ilə məşğul olmaq ola bilər.

Bizim müştərilərimizin arasında dünyanın 14 ölkəsindən 50 aparıcı şirkət vardır. Onlar bizə fəaliyyət sahələrini və strateji planlamalarını dərindən anladığımıza görə dəyər verirlər. Bizim səylərimiz və niyyətimiz 20 illik təcrübəmizə və Saatchi & Saatchi irsimizə əsaslanaraq öz məqsədlərinə nail olmaqda müştərilərimizə dəstək olmağa yönəlib. Yaradıcı yanaşma. Birgə həllər. Strateji dizayn.